QÜDRƏTİN ARTIQ 3000 YOX 1300 MANATA EHTİYACI VAR ❗♿⏳
Благотворительность
Дата начала: 05.05.2021 - Дата завершения: 04.06.2021
0%

#ƏNGƏLLƏRİBİRGƏAŞAQ İANƏ KAMPANİYASI DAVAM EDİR❗♿✌️

İanə kompaniyası başladığı gündən bu günə 2 əngəlli dostumuz öz əngəllərini aşmışdır. İlk olaraq Sulhane Bayramova otaq şəraitini öz əngəlinə uyğun yaxşılaşdırmışdır. Sevinc Zeynal isə arzusunda olduğu elektron arabasını əldə etmişdir.

Sıradaki əngəlli dostumuz Qüdrət bəydir. O, kampaniyaya 2-ci mərtəbədən,1-ci mərtəbəyə enmək üçün pilləkan lifti üçün müraciət etmişdi. Qeyd edək ki, Qüdrət bəy təbii ehtiyaclarını ödəmək və yuyunmaq üçün pilləkanlarla aşağı enmək məcburiyyətində qalır, lakin bu vasitə baha olduğundan (təxminən 7000 manat) qərar verdik ki, məqsədə uyğun olaraq 1-ci mərtəbənin şəraitini öz əngəlinə uyğun yaxşılaşdıraraq təmir etdirsin. 

Bunun üçün 3000 manata ehtiyac var VƏ ARTIQ wish.az saytı vasitəsi ilə xeyirxah insanların da ianələriylə 1700 MANAT TOPLANIB VƏ BELƏLİKLƏDƏ ARTIQ 3000 YOX 1300 MANATA EHTİYAC VAR. Dostlar gəlin əngəllərimizi birgə aşaq, Qüdrət bəyə əngəlini aşmaqda yardım edək və onu sevindirək!

#ƏngəlləriBirgəAşaq

Поделиться:
Комментарии ( 0 )
Зарегистрируйтесь чтобы оставить комментарий.