Qüdrətin Artıq 3000 YOX 500 AZN-ə Ehtiyacı Var❗♿⏳
Сharity
Start date: 11.01.2022 - End date: 31.12.2022
0%

Hörmətli xeyriyyəçilər, əngəlli dostumuz Qüdrət bəy 2-ci mərtəbədən 1-ci mərtəbəyə enmək üçün pilləkan lifti üçün müraciət etmişdi. Qeyd edək ki, Qüdrət bəy təbii ehtiyaclarını ödəmək və yuyunmaq üçün pilləkanlarla aşağı enmək məcburiyyətində qalır, lakin bu vasitə baha olduğundan (təxminən 7000 manat) qərar verdik ki, məqsədə uyğun olaraq 1-ci mərtəbənin şəraitini öz əngəlinə uyğun yaxşılaşdıraraq təmir etdirsin. Onun evi əngəlli olmamışdan tikildiyi üçün iki mərtəbə tikilib və heç o da yaşamaq üçün tam uyğun vəziyyətdə deyil.

1-ci mərtəbəni Qüdrətə uyğun vəziyyətə gətirə bilmək üçün 3000 manata ehtiyac vardı VƏ ARTIQ wish.az saytı vasitəsi ilə xeyirxah insanların da ianələriylə 2500 MANAT TOPLANIB VƏ BELƏLİKLƏDƏ ARTIQ 3000 YOX 500 MANATA EHTİYAC VAR. 

YIĞILAN MƏBLƏĞLƏ TİKİNTİ MATERİALLARININ BƏZİLƏRİ ALINARAQ İŞLƏRƏ BAŞLANILMIŞDIR LAKİN MƏBLƏĞ YETƏREİZ OLDUĞU ÜÇÜN TƏMİR İŞLƏRİ MÜVƏQQƏTİ OLARAQ DAYANIB. 

Dostlar gəlin əngəllərimizi birgə aşaq, Qüdrət bəyə əngəlini aşmaqda yardım edək və onu sevindirək! 

#ƏngəlləriBirgəAşaq

Share:
Comments ( 0 )
Register to leave a comment.