QÜDRƏTİN ARTIQ 3000 YOX 1500 MANATA EHTİYACI VAR❗♿✌️
Сharity
Start date: 21.02.2021 - End date: 23.03.2021
8%

#ƏNGƏLLƏRİBİRGƏAŞAQ İANƏ KAMPANİYASI DAVAM EDİR❗♿✌️

Bunun üçün 3000 manata ehtiyac var VƏ ARTIQ 1500 MANAT TOPLANIB BELƏLİKLƏDƏ ARTIQ 3000 YOX 1500 MANATA EHTİYAC VAR. Dostlar gəlin əngəllərimizi birgə aşaq, Qüdrət bəyə əngəlini aşmaqda yardım edək.

İanə kompaniyası başladığı gündən bu günə 2 əngəlli dostumuz öz əngəllərini aşmışdır. İlk olaraq Sulhane Bayramova  otaq şəraitini öz əngəlinə uyğun yaxşılaşdırmışdır. Sevinc Zeynal  isə arzusunda olduğu elektron arabasını əldə etmişdir.

Sıradaki əngəlli dostumuz Qüdrət bəydir. O, kampaniyaya 2-ci mərtəbədən,1-ci mərtəbəyə enmək üçün pilləkan lifti üçün müraciət etmişdi. Qeyd edək ki, Qüdrət bəy təbii ehtiyaclarını ödəmək və yuyunmaq üçün pilləkanlarla aşağı enmək məcburiyyətində qalır, lakin bu vasitə baha olduğundan (təxminən 7000 manat) qərar verdik ki, məqsədə uyğun olaraq 1-ci mərtəbənin şəraitini öz əngəlinə uyğun yaxşılaşdıraraq təmir etdirsin. 

#ƏngəlləriBirgəAşaq

Share:
Comments ( 1 )
07.03.2021
Bu bahar bayramı Novruzda Qüdrət üçün əsl bayram olardı onun üçün yığılan 1500 manat. Gəlin bu əngəli birlikdə aşaq.
Register to leave a comment.