Qeydiyyat "Biznes səhifəsi"

 

Wish.az saytında necə qeydiyyatdan keçmək olar?

Saytın baş səhifəsində "Qeydiyyat" düyməsini klikləyin.

 

Biznes səhifəsi kateqoriyasını seçin və formada tələb olunan sahələri doldurun.

 

"Şərtləri" oxuyun və "Razıyam" işarələyərək "Qeydiyyat" düyməsini basın.

 

Qeydiyyatı başa çatdırmaq üçün qeydiyyat zamanı göstərilən e-poçtunuza daxil olun və qeydiyyatı təsdiqləyin.

 

Qeydiyyatdan sonra şəxsi kabinetə daxil olun , “Ayarlar” bölməsini seçin. Mütləq şəkildə pasportun şəkilini və ya skanı yükləyin, şirkətin fəaliyyət növünü seçin və fəaliyyətə başlama tarixini qeyd edin. Daha sonra tələb olunan sahələri doldurun və "Yadda saxla" düyməsini basın.

 

                                        

"Ödəniş kartları" bölməsini seçin və kartınızı əlavə edin.



 

Kartınızı əlavə etmək üçün balansınızda 0,01 AZN olmalıdır. Bu məbləğ kartı əlavə etdikdən sonra geri qaytarılacaqdır.

Açılan ödəniş pəncərəsində adınızı, soyadınızı, 16 rəqəmli kartın nömrəsini, son istifadə tarixini və kartın arxa tərəfindəki 3 rəqəmli CVV kodu daxil edin, "Təsdiq" düyməsini basın və kartınız uğurla əlavə olunacaq.

 

Biznes layihəni əlavə etmək üçün, "Yaratmaq" düyməsini basın və tələb olunan sahələri doldurun. İstifadəçinin ianə və ya investisiya edə biləcəyi minimum pul məbləğini qeyd edin. Aksiyanın müddəti xanasında bu layihənin müddətini göstərməyiniz xahiş olunur. Foto, video və mütləq şəkildə tələb olunan təsvir əlavə edə bilərsiniz.

 

 

 

 

Səhifənizdə edilən bütün ödənişlər dərhal şəxsi hesabınızda göstərilir. Ödənişləri günlərə görə gözdən keçirə və statistika yükləyə bilərsiniz. Pulun kimdən, nə qədər və nə vaxt səhifənizə köçürüldüyünü görə bilərsiniz.

Sayt tərəfindən köçürülən pul vəsaitləriniz Hesabım bölməsində əks olunur və kartınıza göndərilir.

Vəsaitlər hər bazar ertəsi vahid məbləğlə hesabınıza köçürülür.