NBA Technologies
Ünvan:

Azərbaycan, Baku

Fəaliyyətə başlama tarixi:

01.01.2006

NBA Technologies International LLC 2006-cı ildən bəri POS terminallarının aparıcı istehsalçısı Verifone (ABŞ) və bankomat istehsalçısı NCR (ABŞ) şirkətinin MDB ölkələrində distribyutorudur və satış və son texnologiyaların tətbiqi sahəsində geniş təcrübəyə malikdir.

NCR Corporation (NYSE: NCR) istehlakçı əməliyyat texnologiyaları sahəsində qlobal liderdir və müəssisələrlə gündəlik qarşılıqlı münasibətləri müstəsna təcrübələrə çevirir. Proqram təminatı, avadanlıq və xidmət portfoliosu ilə NCR pərakəndə satış, maliyyə, səyahət, otel, telekom və texnologiya və kiçik müəssisələr arasında gündəlik 485 milyondan çox əməliyyata imkan verir. NCR həlləri, 

həyatınızı asanlaşdıran gündəlik əməliyyatların keçirilməsinə dəstək olur. NCR şirkətini baş ofisi Georgia, Duluth şəhərində olmaqla, təxminən 29.000 işçisi ilə və 180 ölkədə işləyir. NCR, NCR Corporation'ın Amerika Birləşmiş Ştatları və digər ölkələrdəki ticarət markasıdır.

 

«NBA Technologies» şirkəti 2006-cı ildən etibarən Azərbaycan bazarında fəaliyyətə başlamışdır. Yeni itsehsalat şirkətinin yaradılmasında əsas məqsəd, keyfiyyətli, rahat və geniş istifadə olunan məhsul - POS-terminalların bazar tələbatını ödəmək idi.

Bu gün şirkətin fəaliyyət coğrafiyası Azərbaycan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kimi 6 ölkəyə qədər genişlənmişdir.

«NBA Technologies» kassa aparatları, POS-terminal avadanlığı, idarəetmə sistemləri və xidmətləri daxil olmaqla avadanlıq və inteqrasiya edilmiş ödəmə həllərinin çatdırılmasını həyata keçirir. Şirkət banklar, emal və İT şirkətləri, ticarət və xidmət şirkətləri, nəqliyyat şirkətləri və digər ticarət və dövlət qurumları ilə əməkdaşlıq edir.

POS-terminallar mağazalar, köşklər və digər pərakəndə satış nöqtələrində ödəniş alan təşkilatlar üçün əvəzolunmazdır.

Şirkətlər üçün xidmət səviyyəsini yüksəltmək və nağdsiz ödəniş qəbulu ilə əlavə gəlir əldə etmək üçün əla bir imkandır.

Paylaşmaq: