Daxili qaydalar

Layihə - platformada yerləşdirilən, toplanan vəsaitlərin səbəbini və məqsədini əks etdirən elandır.

Layihənin müddəti ərzində investisiya cəlb oluna bilər. Layihə müddətinin sonunda layihə bitmiş hesab olunur.

 

Qeydiyyat üçün kateqoriyalar:

Xeyriyyə - Xeyriyyə layihələri, sosial təyinatlı layihələr, fərdi ehtiyyaclar üçün olan kateqoriyadır. Bu kateqoriyada tibbi xidmətlər, müalicə, sosial dəstək və s. istiqamətlər üzrə vəsaitlərin toplanması aparıla bilər.

Bu kateqoriyada qeydiyyatdan keçmiş istifadəçi, layihələri sərbəst əlavə edə bilər, vəsaitləri toplaya bilər və sosial fəaliyyət ilə məşğul ola bilər. İstifadəçilər könüllü olaraq şirkətimizin sosial layihələrində iştirak edə bilər.

Biznes layihələr - Biznesin yaradılması və inkişafı üçün olan kateqoriyadır. Bu kateqoriyada vəsaitlər biznesin qurulması(startap) və ya genişləndirilməsi üçün toplana bilər. İnvestisiya növü: Təmannasız, Mal/xidmət ilə vəsaitlərin qaytarılması, Biznesdə payçı ola bilər. "Biznesdə payçı" layihəsi seçildikdə, tələb olunan məbləğ və minimum investisiya məbləği qeyd olunduqda,layihənin payları məbləğlər üzrə proporsional bölünür.

İnvestor - İnvestor fəaliyyəti ilə məşğul olan istifadəçilər üçün olan kateqoriyadır. Şəxsi kabinetdə investorun investisiyaları, xeyriyyə üçün ianələri və biznesdə payı haqqında ətraflı məlumat əks olunur.

 

Şərtlər və Qaydalarda qeyd olunan və daxili qaydalara aid olan əsas məlumatlar:

 

Elan verən həmçinin Wish.aza zəmanət verir ki:

 

c) Elan verən fiziki şəxsdirsə, o, Azərbaycan Respublikasının vətəndaşıdır, yaxud bu ölkədə daimi yaşayış icazəsi vardır, 18 yaşı tamam olmuşdur.

 

Elan verənə qadağandır:

 

a) başqasını təqlid etmək;

 

b) kimisə təhqir edə biləcək və ya hər hansı bir şəxsin hüquqlarını pozan istifadəçi adı seçmək;

 

c) digər insanların və ya şirkətlərin hüquqlarını pozan, qanunu pozan və ya hər hansı bir tərəfə aid ola biləcək hər hansı bir müqavilə və ya qanuni vəzifəni pozan hər hansı bir hərəkət etmək;

 

d) tələb olunmayan və ya icazəsiz reklam və ya tanıtma materialı və ya arzuolunmaz poçt, spam və ya zəncir məktubları yaymaq; poçt siyahılarını, siyahıları və ya Platforma vasitəsilə hər hansı bir avtomatik cavablandırma və ya spam göndərmək;

 

e) Proqram viruslarını və ya Platformadakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya (2) Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaymaq; 

 

f) Platformanın və Xidmətlərin təhlükəsizliyini təmin etmək üçün Platformanın tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya digər Platforma, İstifadəçi məlumatları və ya Xidmətlərə icazəsiz giriş əldə etmək üçün cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün revers mühəndis və ya digər yolla Xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə Platformanın hər hansı bir hissəsində icazəsiz gəzmək; 

 

g) Qüvvədə olan qanunvericilik üzrə korrupsiyaya qarşı tələbləri pozmaqla, hökümət orqanının vəzifəli şəxsinə və ya işçisinə və ya dövlət orqanının nəzarəti altında olan hər hansı bir şəxsə və ya hər hansı bir siyasi partiyaya, siyasi partiyanın vəzifəli şəxsinə və ya rəsmi şəxs qismində çıxış edən hər hansı digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Layihəyə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Layihədən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

 

h) Tərəflərdən hər hansı birinə tətbiq olunan hər hansı sanksiyanı pozmaqla, qüvvədə olan qanunvericilik üzrə terrorçu təşkilat kimi müəyyən olunan təşkilatın hər hansı şəxsinə, nümayəndəsinə və ya işçisinə, yaxud bu təşkilat tərəfindən idarə olunan digər şəxsə, yaxud terrorist məqsədlər ilə əlaqədar fəaliyyət göstərməsi ilə bağlı şübhə  olan digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı terrorçu kimi təyin oluna bilən şəxsi maliyyələşdirmə, vəsait vermə və ya hər hansı fəaliyyətinə, sahibkarlığa və ya dəstək göstərmə məqsədilə ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Layihəyə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Layihədən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

 

Müvafiq Ərizə formasının təqdim edilməsindən sonra Layihənin heç bir şərti dəyişdirilə bilməz. İstisna olaraq Wish.az Elan verənin bu haqda müraciətini diqqətlə nəzərdən keçirərək buna icazə verə bilər.

 

Wish.az platformasında biznes layihələrin yerləşdirilməsi üçün nümünə şablon istifadə oluna bilər. Link