Proyekt 2602
Xeyriyyə
Başlama tarixi: 29.06.2022 - Bitmə tarixi: 01.12.2022
0%

                                                

 

Hazırda gördüyünüz kadrlar hansısa Hollivud filminin yox sırf Azərbaycan istehsalı olan , “Proyekt 2602” adlı Azərbaycanın ilk fantastik-macəra-dram janrında çəkiləcək filminin promo çarxıdır. Öz vəsaitimiz hesabına  ərsəyə gətirdiyimiz bu çarx filmi peşəkar şəkildə təqdim edə biləcəyimizin sübutudur.  Uzun müddətdir üzərində çalışdığımız filmin ssenarisi ,tanınmış Amerika kinoşirkəti Metro Goldwyn Mayer tərəfindən müsbət rəy alıb. Filmin prodüserliyini Hollivudun peşəkar prodüsserlərindən biri öz üzərinə götürüb. Azərbaycan Mədəniyyətinin Nazirliyi və Azərbaycan Televiziyası öz dəstəklərini göstərsələr belə, hələ də filmin dünya səviyyəsində çəkilməsi üçün ciddi maliyyə dəstəyinə ehtiyac var. Bu baxımdan qəlbində Azərbaycan sevgisi olan iş adamlarının, şirkətlərin və adi vətəndaşların dəstəyinə ehtiyac duyuruq. Bizə dəstək verməklə həm Qarabağ hadisələrinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də bu mövzuda çəkiləcək dünya səviyyəli filmin ərsəyə gəlməsinə kömək etmiş olacaqsınız

Paylaşmaq:
Şərhlər ( 0 )
Şərh yazmaq üçün qeydiyyatdan keçin.